KİV: Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır

2024/12/66-1733376138.jpg
Oxunub: 467     12:04     10 Yanvar 2025    
Avropa İttifaqının rəsmiləri ABŞ-nin yeni prezidenti Donald Trampın Co Bayden hakimiyyəti dövründə Rusiyaya tətbiq edilən sanksiyaları bu addımın nəticələrini düşünmədən ləğv edəcəyindən ehtiyatlanır.

Ordu.az-ın xəbərinə görə, bu barədə “Financial Times” nəşri yazıb.

Nəşrin mənbələri bildiriblər ki, bu ehtimalı daha da gücləndirən məqam Donald Trampın hələ vəzifəsinin icrasına başlamadan səsləndirdiyi təhdid dolu bəyanatlar, eləcə də birinci hakimiyyəti zamanı məhdudiyyətlərin ləğvi təcrübəsindən istifadə etməsidir:

“O vaxtilə ABŞ-nin 44-cü Prezidenti Barak Obamanın Kubaya tətbiq etdiyi qadağaları aradan qaldırıb, eləcə də Paris İqlim Sazişindən çıxıb. D. Trampın atdığı növbəti addım isə İranla “altılıq” ölkələri arasında imzalanan nüvə sazişindən imtina olub. Əsas problem ondadır ki, Ağ Evin yeni rəhbəri bu addımları tutarlı səbəb olmadan, sadəcə onlar Co Baydenin dövrünə təsadüf etdiyi üçün atacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin