Kişineu aeroportunda sərnişinlər təxliyə edilib

2025/01/1736496878.jpg
Oxunub: 518     12:07     10 Yanvar 2025    
Kişineu hava limanında sərnişinlərin təxliyəsinə səbəb olan həyəcan siqnalı yanğın siqnalizasiyasının işə düşməsi ilə əlaqədar verilib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxt polisinin saytında məlumat verilib.

"Səhər saatlarında hava limanı ərazisində yanğın siqnalizasiyasının işə düşməsi barədə 112 xidmətinə məlumat daxil olduqdan sonra Kişineu hava limanına bir neçə yanğınsöndürən maşın gəlib. Hava limanında olan bütün insanlar təxliyə edilib. Fövqəladə Hallar üzrə Baş Müfəttişliyin nümayəndələri bildiriblər ki, yerində aparılan araşdırma nəticəsində yanğın mənbəyi aşkar edilməyib", - məlumatda bildirilib.

Qeyd edək ki, bomba qoyulması haqqında məlumatlarla əlaqədar təxliyənin həyata keçirilməsi barədə "Pervıy v Moldove" telekanalı məlumat yaymışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kişineu   Aeroport  


Bizi "telegram"da izləyin