Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Dövlət Departamenti Konqresə göndərdiyi ayrı-ayrı bildirişlərdə Livan ordusu və hökumətini dəstəkləmək üçün Misirə 95 milyon dollar, İsrailə isə 7,5 milyon dollar hərbi yardım köçürdüyünü açıqlayıb.
Pulun böyük hissəsi Livanın cənub və şərqinin böyük hissələrinə zərbə vuran, İsrail və “Hizbullah” arasında iki ay davam edən müharibədən sonra noyabrda razılaşdırılmış atəşkəsin qorunmasında mühüm rol oynayan Livan Silahlı Qüvvələrinə yönləndiriləcək.
Sevinc Əliyeva
Ordu.az