Ordu.az xəbər verir ki, “Altınay Savunma Teknolojileri” Baş direktoru Burak Mercan verdiyi açıqlamada PUA-larla bağlı innovativ məhsul və texnologiyaların inkişaf tdirilməsi üzərində işlərə ağıllı batareya sistemlərindəki müsbət irəliləyişlərlə eyni vaxtda 2011-ci ildə başladıqlarını deyib.
Mercan həyata keçirdikləri layihələrin Türkiyə Müdafiə Sənayesi Komitəsi və beynəlxalq satışlardan ibarət olduğunu bildirib.
“Biz ASELSAN ilə sistem əsasında daha böyük layihələr, o cümlədən daha böyük qurğularda daha innovativ PUA həlləri üzərində işləmişik. Bunlarla bağlı fəaliyyətlərimiz birlikdə işləyən iki şirkət olaraq davam edir, 2025-ci ildə və ondan sonra da davam edəcək. Artıq müqavilələrimiz var”, - deyə o qeyd edib.
Mercan bu günə qədər sektorda qazandıqları təcrübə ilə daha innovativ, qabiliyyəti artıran əlavə məhsul və sistem həllərinə diqqət yetirdiklərini vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az