TCG “Üsteğmen Arif Ekmekçi” Somalidə təlimdə iştirak edib

2025/01/1736493492.jpg
Oxunub: 577     14:16     10 Yanvar 2025    
Somali Dəniz Missiya Qrupunun üzvləri olan TCG “Gökova” freqatı və TCG “Üsteğmen Arif Ekmekçi” yanacaq gəmisi tərəfindən Somali sahillərində təlim həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin STM şirkətinin sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.

“Türkiyə Dəniz Qüvvələrinə təhvil verdiyimiz Logistika Dəstək Gəmisi TCG “Üsteğmen Arif Ekmekçi” (A-575) Somali Dəniz Missiya Qrupunda donanmamızın təchizat və logistika imkanlarını gücləndirməyə davam edir! “Mavi Vətən”dən (Türkiyədəki dənizlər-red.) minlərlə kilometr uzaqlarda xidmət edən qəhrəman dənizçilərimizin göyərtəsi aydın, küləkləri asan olsun”, - deyə paylaşımda qeyd edilib.

Türkiyənin yerli və milli imkanlarla inkişaf etdirdiyi “Oruç Reis” Araşdırma Gəmisi Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Somali Federativ Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında mart ayında imzalanan “Somali Quru və Dəniz Blokları Sahəsində Anlaşma Memorandumu” çərçivəsində missiya yerinə yetirir.

Somali Dəniz Missiya Qrupu tərkibində olan TCG “Üsteğmen Arif Ekmekçi” (A-575) “Oruç Reis” Araşdırma Gəmisini müşayiət edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TCG   Üsteğmen-Arif-Ekmekçi  


Bizi "telegram"da izləyin