“Anka” L-UMTAS hədəfi tam dəqiqliklə vurdu

2025/01/1736493058.jpg
Oxunub: 1625     11:10     10 Yanvar 2025    
“Anka” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) L-UMTAS raketi ilə atış zamanı 15.000 fut yüksəklikdən yerdəki hədəfi tam dəqiqliklə vurmağı bacarıb.

Ordu.az xəbər verir ki, Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən inkişaf etdirilən “Anka” zərbə PUA-sı ROKETSAN istehsalı olan L-UMTAS tank əleyhinə raketi ilə mühüm atış sınağını uğurla başa vurub.

Sınaqda hədəf 15.000 fut (təxminən 4.572 metr) yüksəklikdən tam dəqiqliklə vurulub.

ROKETSAN tərəfindən inkişaf etdirilən L-UMTAS raketi ilə həyata keçirilən bu uğurlu sınaq Türkiyənin müdafiə texnologiyalarında çatdığı yüksək səviyyəni bir daha nümayiş etdirib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anka   L-UMTAS  


Bizi "telegram"da izləyin