Ordu.az xəbər verir ki, “Bayraktar TB2” zərbə PUA-sı ASELSAN istehsalı olan ANTIDOT-2U/S radioelektron dəstək podu ilə uçuş sınağını uğurla tamamlayıb.
Sınaq uçuşunu rəsmi “X” hesabında açıqlayan “Baykar” uçuşun görüntülərini də paylaşıb.
ASELSAN tərəfindən PUA-lar üçün inkişaf etdirilən ANTIDOT 2-U/S radioelektron dəstək podu təhdid hava hücumundan müdafiə sistemi radarlarının siqnallarını aşkar etmək və müəyyən etmək, siqnalları rəqəmsal olaraq yaddaşa yazmaq, təhlükənin istiqamətini dəqiq tapmaq və onun yerini tapmaq qabiliyyətinə malik radioelektron dəstək sistemidir.
Sistem sayəsində istifadəçinin tələb etdiyi bütün məlumatlar hava platforması rabitə zolağı vasitəsilə anında müvafiq yerüstü idarəetmə stansiyasına ötürülə bilər.
Sevinc Əliyeva
Ordu.az