Ordu.az “CBS News” telekanalına istinadən xəbər verir ki, bu barədə dairənin fövqəladə hallar idarəsinin direktoru Kevin Makqouen məlumat verib.
"Hazırda Uest-Hillzdə baş verən "Kennet" yanğını ərazisindəki sakinlərin təxliyəsi barədə əmr səhvən dairənin təxminən on milyon sakininə və qonşu dairələrin bəzi sakinlərinə göndərilib", - o bildirib.
Direktorun sözlərinə görə, xəbərdarlıq yalnız Kalabasas və Aqura-Hillz şəhərlərinin sakinləri, həmçinin Los Anceləsin Uest-Hillz rayonunda olanlar üçün nəzərdə tutulub.
Ordu.az