ABŞ-də yanğınlardan dəyən zərər 150 milyard dollar təşkil edə bilər

2025/01/1736492480.jpg
Oxunub: 736     10:34     10 Yanvar 2025    
Kaliforniyanın cənubundakı meşə yanğınlarından dəyən iqtisadi zərər 135-150 milyard dollar təşkil edə bilər.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “AccuWeather” konsaltinq şirkətinin nümayəndəsi Bill Veydell məlumat verib.

"AccuWeather” Cənubi Kaliforniyada meşə yanğınları nəticəsində ümumi zərər və iqtisadi itkilərlə bağlı ilkin qiymətləndirməsini 135-150 milyard dollara qədər artırıb", - o bildirib.

Məlumata görə, şirkət daha əvvəl dəymiş ziyanı 52-57 milyard dollar qiymətləndirib.

“AccuWeather” nümayəndəsinin sözlərinə görə, şirkətin meteoroloqları gələn həftə də regionda güclü küləyin və meşə yanğınları təhlükəsinin davam edəcəyini proqnozlaşdırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Kaliforniya  


Bizi "telegram"da izləyin