Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib

2025/01/1736489503.jpg
Oxunub: 1601     10:08     10 Yanvar 2025    
Yanvarın 9-dan 10-na keçən gecə Rusiya səması üzərində Ukraynaya məxsus 40 pilotsuz uçuş aparatı (PUA) vurulub.

Ordu.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin PUA-lardan 16 ədədi Rostov səması üzərində zərərsizləşdirilib:

“Bununla yanaşı, 4 ədəd pilotsuz uçuş aparatı Kurs və Voronej, 3 ədədi Bryansk, 2 ədəd PUA Krasnodar diyarı, 1 ədədi isə Belqorod vilayətində zərərsizləşdirilib. Eyni zamanda 10 ədəd analoji cihaz Azov dənizi akvatoriyasında sıradan çıxarılıb”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA  


Bizi "telegram"da izləyin