B61 nüvə bombalarının döyüş başlıqlarının modernləşdirilməsi tamamlanıb

2025/01/1736489064.jpg
Oxunub: 466     14:03     10 Yanvar 2025    
ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) 17 illik dizayn və inkişaf etdirmə işlərindən sonra B61 nüvə bombalarının döyüş başlıqlarının modernləşdirilməsinin tamamlandığını açıqlayıb.

Ordu.az xəbər verir ki, NNSA-nın 2024-cü ilin oktyabr ayında verdiyi hesabatda bütün B61 nüvə bombalarının 9 milyard dollarlıq layihə çərçivəsində modernləşdirildiyi qeyd olunub.

Bu çərçivədə B61-3, -4, -7 və -10 konfiqurasiyalarında olan bütün nüvə bombaları B-61-12 standartına yüksəldilib.

Bu modernləşdirmə ilə B61 nüvə bombalarında yerləşən döyüş başlıqları yeni bomba gövdələrinə yerləşdirilib və daha həssas GPS/ətalət naviqasiyası təmin edilib.

Bir növ bomba müəyyən dərəcədə idarəolunan hala gətirilib. Kütləvi modernləşdirmə işləri 3 il davam edib və 2024-cü il dekabrın 18-də tamamlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Milli-Nüvə-Təhlükəsizliyi  


Bizi "telegram"da izləyin