Ordu.az xəbər verir ki, raket sınağını izləyən Kim Çen In yeni raketin bütün növ müdafiə sistemlərindən yan keçə bildiyini bildirib.
Koreya Mərkəzi Xəbər Agentliyi tərəfindən yayımlanan açıqlamada deyilir ki, ölkə yeni orta və uzun mənzilli hipersəs ballistik raketini uğurla sınaqdan keçirib.
Şimali Koreya liderinin sınaqları canlı yayımla izlədiyi bildirilib.
Açıqlamada paytaxt Pxenyan yaxınlığındakı poliqondan şimal-şərq istiqamətində atılan raketin səs sürətini 12 dəfə aşdığı və 99,8 kilometr yüksəkliyə çatdığı, raketin isə 1500 kilometr uzaqlıqdakı hədəfə çatdığı qeyd edilib.
“Ən yeni orta mənzilli hipersəs raket sistemimizin performansı qlobal arenada heç kim tərəfindən diqqətdən kənarda qoyula bilməz. İstənilən sıx raketdən müdafiə sistemini effektiv şəkildə yan keçməyə və düşmənə güclü hərbi zərbə endirməyə qadirdir”, - deyə Kim Çen In qeyd edib.
Şimali Koreya lideri qeyd edib ki, bu silah Asiya-Sakit okean regionunda bütün növ düşmənlərə qarşı etibarlı çəkindirmə təmin edəcək.
Sevinc Əliyeva
Ordu.az