Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
NATO-nun yüksək səviyyəli rəsmilərindən biri maliyyə institutlarını artan təhlükəsizlik təhdidlərinə uyğunlaşmağa çağırarkən, Qərb reytinq agentlikləri xəbərdarlıq ediblər ki, banklar və pensiya fondları müdafiə sərmayələrindən yayınmaqla, “axmaqlıq” edirlər.
Alyansın hərbi komitəsinin rəhbəri admiral Rob Bauer “Financial Times”a bildirib ki, investorların “kollektiv müdafiə”dəki rolunu başa düşməməsi Rusiyanın 2022-ci ildə Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra mühüm dövlət maliyyəsini əldən vermə riski deməkdir.
NATO Hərbi Komitəsinin sədri deyib ki, Qərb investorlarının müdafiə sənayesindən qorxması axmaqlıqdır.
“Niyə trilyonlarla dollar sizi inandırmır? İşgüzar instinktlərinizə nə oldu? Axmaqsınız? Pensiya fondlarına bunu deyirəm. Axmaqsınız? Əgər sərmayə qazancına baxsanız, növbəti 20 il ərzində xərclənəcək çoxlu pul var”, - deyə admiral qeyd edib.
Sevinc Əliyeva
Ordu.az