“SpaceX” Amerika kəşfiyyatı üçün peyklər daşıyan raketin buraxılışını həyata keçirib

2025/01/1736485788.jpg
Oxunub: 455     08:47     10 Yanvar 2025    
“SpaceX” şirkəti ABŞ-nin Milli Kəşfiyyat-Kosmik İdarəsi (NRO) üçün peyklər daşıyan “Falcon-9” daşıyıcı raketini buraxıb.

Ordu.az xəbər verir ki, buraxılış şirkətin saytında canlı yayımlanıb.

NROL-153 missiyası çərçivəsində raketin buraxılışı Şərq sahili vaxtı ilə saat 22:54-də (Bakı vaxtı ilə yanvarın 10-u saat 07:54-də) Kaliforniya ştatındakı Vandenberq HHQ bazasından həyata keçirilib. 2025-ci ildə “SpaceX”in Amerika kəşfiyyatının tapşırıqlarını yerinə yetirmək üçün ən azı dörd belə buraxılış həyata keçirəcəyi gözlənilir.

ABŞ-nin kəşfiyyat peyklərinə nəzarət edən NRO-nun fəaliyyəti ciddi şəkildə məxfi saxlanılır. Aparatların parametrləri və təsviri açıqlanmır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SpaceX   Amerika   Kəşfiyyat  


Bizi "telegram"da izləyin