Netanyahunun ofisi girovların mübadiləsi üçün vasitəçilərlə əlaqə saxladığını açıqlayıb

2025/01/1735894112.jpg
Oxunub: 396     02:29     10 Yanvar 2025    
İsrail yaxın zamanda girovların mübadiləsi ilə bağlı sazişi bağlamağa ümid edir və bu məsələdə vasitəçilərlə əlaqə saxlayır.

Ordu.az xəbər verir ki, bu haqda ölkənin Baş naziri Benyamin Netanyahunun ofisindən verilən açıqlamada deyilir.

“İsrail mübadilə müqaviləsi bağlamaq ümidi ilə vasitəçilərlə daim əlaqə saxlayır. Müşavir Dmitri Gendelman Qətərdə danışıqların yaxın zamanlarda bərpa oluna biləcəyini deyib", - açıqlamada deyilir.

Razılaşmaya həmçinin qaçırılan İsrail vətəndaşlarının İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsi də daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Girov  


Bizi "telegram"da izləyin