Dövlət Departamenti: ABŞ Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalamağı planlaşdırmır

2025/01/1736407726.jpg
Oxunub: 554     11:14     09 Yanvar 2025    
ABŞ Ermənistanla strateji tərəfdaşlıq haqqında saziş imzalamağı planlaşdırmır.

Ordu.az "Amerikanın səsi"nə istinadən xəbər verir k, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.

“Hazırda Ermənistanla strateji tərəfdaşlıq sənədinin imzalanması ilə bağlı "nəzərdən keçirəcəyimiz və ya elan edəcəyimiz heç nə yoxdur", – departamentdən bildirilib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dünən keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-la strateji tərəfdaşlıq sənədinin müzakirəsi üçün görüş hazırlayırlar. Onun sözlərinə görə, tərəflər arasında strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa razılaşdıqları strateji dialoq mövcuddur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin