Pentaqon meşə yanğınları ilə mübarizə üçün Kaliforniyaya 10 helikopter göndərib

2025/01/1736399182.jpg
Oxunub: 405     04:51     09 Yanvar 2025    
Pentaqon Los-Anceles yanğınları ilə mübarizəyə kömək etmək üçün Hərbi Dəniz Qüvvələrinin on helikopterini bölgəyə göndərib.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə məlumat verib.

“Nazirlik yanğının havadan söndürülməsinə dərhal kömək etmək üçün Hərbi Dəniz Qüvvələrinin on helikopterini bölgəyə göndərib”, - Sinq vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Kaliforniya  


Bizi "telegram"da izləyin