Çadda prezident sarayına hücumda 19 nəfər ölüb

2025/01/1736398721.jpg
Oxunub: 607     02:50     09 Yanvar 2025    
Çadın paytaxtı Ncamena şəhərinin mərkəzində prezident sarayına edilən hücumda 18-i terrorçu olmaqla, azı 19 nəfər ölüb.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi Çad hökumətinin məlumatlarına istinadən məlumat yayıb.

Şəhərin mərkəzinə gedən bütün yollar bağlanıb, tanklar və polislər sarayın mühafizəsini təşkil edir. Şəhər sakinləri də Çadın Prezidenti Mahamat İdriss Debi İtnoya dəstək nümayişi üçün küçələrə çıxıblar.

Qeyd edək ki, “Boko Haram” terror qruplaşmasının üzvləri Çadın paytaxtında prezident sarayına hücum ediblər. Çad ordusu hücumu dəf edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çad   Prezident   Hücum  


Bizi "telegram"da izləyin