Çadda silahlı şəxslər prezident sarayına hücum ediblər

2025/01/1736398158.jpg
Oxunub: 544     00:16     09 Yanvar 2025    
Naməlum silahlı şəxslər Çadın paytaxtı Ncamena şəhərində prezident sarayına hücum ediblər.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik xidmətinə istinadən AFP məlumat yayıb.

Qeyd olunub ki, atışma yerli vaxtla 20:45 (Bakı vaxtı ilə 23:45) radələrində başlayıb.

Çad rəsmiləri insidentlə bağlı açıqlama verməyib.

“Al Arabiya” bildirib ki, prezident sarayına hücum edənlər “Boko Haram” terror təşkilatının silahlılarıdır.

Silahlı insident zamanı Çadın Prezidenti Mahamat İdriss Debi İtno iqamətgahda olub. Ordu rəsmiləri qeyd edib ki, terrorçuların hücumu dəf edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çad   Silah   Hücum  


Bizi "telegram"da izləyin