İspaniyanın Baş naziri: Faşizm hazırda Avropanın üçüncü siyasi qüvvəsidir

2025/01/1736397829.jpg
Oxunub: 318     23:42     08 Yanvar 2025    
İspaniyanın Baş naziri Pedro Sançez Avropada ifrat sağçı hərəkatların güclənməsindən narahatlığını bildirib və faşizmi qitənin üçüncü siyasi qüvvəsi adlandırıb.

Ordu.az xəbər verir ki, Franko bunu paytaxt Madriddə Reyna Sofiya Muzeyində keçirilən tədbirdə çıxış edərkən deyib.

“Geridə qaldığını düşündüyümüz faşizm indi Avropanın üçüncü siyasi qüvvəsidir”, - hökümət başçısı qeyd edib.

Baş nazir İspaniyanın diktaturadan demokratiyaya qədər uzun bir yol keçdiyini vurğulayıb və bildirib ki, mövcud vəziyyət azadlıqların daha çox müdafiəsini tələb edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Faşizm   Avropa  


Bizi "telegram"da izləyin