ABŞ və Britaniya husilərin mövqelərinə zərbələr endirib

2025/01/1736397671.jpg
Oxunub: 388     23:23     08 Yanvar 2025    
ABŞ və Böyük Britaniya Yəmənin şimalını idarə edən husilərin Səna və Omran əyalətlərindəki hərbi obyektlərinə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyinə Səna administrasiyasındakı mənbə məlumat verib.

“ABŞ və Britaniya qırıcıları tərəfindən endirildiyi güman edilən zərbə Sənanın cənubundakı Sənhan rayonunda yerləşən Cərban hərbi düşərgəsini hədəf alıb”, - agentliyin mənbəsi qeyd edib.

Onun sözlərinə görə, bundan əlavə 29-cu Mexanikləşdirilmiş Briqadanın Şimali Omran əyalətindəki Əl-Cəbəl Əl-Əsvəd bölgəsindəki obyektlərini hədəf alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Britaniya  


Bizi "telegram"da izləyin