Tokayev Qazaxıstanı inkişaf etmiş nüvə enerjisi olan ölkəyə çevirmək niyyətindədir

2024/12/1735374245.jpg
Oxunub: 535     20:25     08 Yanvar 2025    
Qazaxıstanın inkişaf etmiş nüvə enerjisinə malik ölkəyə çevrilməsi üçün bir neçə AES-in tikintisi üzrə işləri sürətləndirməlidir.

Ordu.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

“Atom elektrik stansiyalarının tikintisini sürətləndirmək lazımdır, biz iki böyük stansiya tikəcəyik. Qazaxıstanı inkişaf etmiş nüvə enerjisi olan, süni intellektin fəaliyyət göstərdiyi ölkəyə çevirməliyik", - Tokayev qeyd edib.

Qazaxıstan lideri bir müddət əvvəl müsahibəsində ölkəsinin yüksək güclü atom elektrik stansiyasına ehtiyacı olduğunu bildirmişdi. O, yaxın vaxtlarda ikinci, bəlkə də üçüncü AES-in tikintisinə başlayacaqlarını istisna etməyib.

Qeyd edək ki, Qazaxıstanda 2024-cü il oktyabrın 6-da atom elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı referendum keçirilib. Stansiyanın tikintisini seçicilərin 71,12 faizi dəstəkləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tokayev   Qazaxıstan  


Bizi "telegram"da izləyin