Nigeriya Silahlı Qüvvələri ölkənin şimal-şərqində 34 yaraqlını məhv edib

2023/05/polic-1684299809.jpg
Oxunub: 556     19:25     08 Yanvar 2025    
Nigeriya Silahlı Qüvvələrinin bölmələri ölkənin şimal-şərqində terrorçuların bazasını dağıdaraq 34 yaraqlını öldürüb.

Ordu.az xəbər verir ki, bu barədə “Leadership” qəzeti məlumat yayıb.

"Ümumilikdə 34 terrorçu məhv edilib, 23 avtomat müsadirə olunub. Çoxlu sayda sursat ələ keçirilib", - Nigeriya Ordusunun Baş Qərargahının ictimaiyyətlə əlaqələr xidmətinin direktoru general-mayor Edvard Buba deyib.

O, həmçinin əməliyyat zamanı altı hərbçinin həlak olduğunu bildirib.

Antiterror əməliyyatı Borno ştatında keçirilib. Hərbçilərə yerli özünümüdafiə dəstələrinin döyüşçüləri fəal dəstək göstəriblər.

Nigeriya ərazisində bir neçə terror qruplaşması fəaliyyət göstərir və onlardan ən böyüyü "Boko Haram"dır. 2023-cü ildə Nigeriya terror hücumlarının qurbanlarının sayına görə dünyada səkkizinci, Afrikada dördüncü yeri tutub. 2020-ci ildə terrorçular ölkədə 1,5 min nəfəri öldürüb, daha 1,5 min nəfər isə çoxsaylı cinayətkar qruplaşmaların üzvləri tərəfindən öldürülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nigeriya   Yaraqlı  


Bizi "telegram"da izləyin