ABŞ və Britaniya husilərin hədəflərinə zərbələr endirib

2024/03/1709873268.jpg
Oxunub: 427     16:46     08 Yanvar 2025    
ABŞ və Böyük Britaniyanın Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı olan və üsyançıların nəzarət etdiyi Sənada "Ənsar Allah" üsyançı hərəkatından olan husilərin hədəflərinə zərbələr endirib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, ölkənin şimal-qərbində yerləşən Əmran əyalətində də husilərin hədəfləri atəşə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Britaniya  


Bizi "telegram"da izləyin