ATƏT-in fəaliyyətdə olan sədri Moldovaya səfər edəcək

2025/01/1736339447.jpg
Oxunub: 498     15:58     08 Yanvar 2025    
ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün yanvarın 9-da Kişineuya rəsmi səfər edəcək.

Ordu.az Moldova mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə XİN-in mətbuat xidməti məlumat yayıb.

"Finlandiyanın xarici işlər naziri Elina Valtonen yanvarın 9-da ATƏT-in fəaliyyətdə olan sədri qismində Moldovaya rəsmi səfər edəcək. Müzakirələr zamanı əsas diqqət Moldovanın dayanıqlılığı və sabitliyinin gücləndirilməsində ATƏT-in roluna, Dnestryanı münaqişənin həlli prosesinə, o cümlədən regional təhlükəsizlik məsələlərinə yönəldiləcək", - məlumatda qeyd olunub.

Həmçinin ikitərəfli gündəliyin prioritetlərinin və Moldova-Finlandiya dialoqunun intensivləşdirilməsi yollarının müzakirəsi planlaşdırılır.

Valtonenin səfər proqramına moldovalı həmkarı Mixay Popşoy, baş nazir Dorin Reçan və reinteqrasiya üzrə baş nazirin müavini Oleq Serebryan ilə görüşlər daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Moldova  


Bizi "telegram"da izləyin