Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazır.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq edib. Əgər PKK-YPG silahı yerə qoymazsa, Suriyada başqa bir idarəetmədə israr edərsə və Qərb ölkələri bu istiqamətdə tələblər irəli sürərsə, Suriya dövləti ilə birlikdə genişmiqyaslı hərbi əməliyyat qaçılmaz olacaq", - nəşr yazır.
Ötən gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Suriyadakı PKK yaraqlılarına ultimatum verdiyini bildirib. Çağırışlara məhəl qoyulmayacağı təqdirdə hərbi əməliyyat aktual ola bilər.
Ordu.az