Ordu.az xəbər verir ki, TCG “İzmit”in ilk blokunun təməli 2024-cü il mayın 20-də qoyulub və inşa işləri sürətlə davam edib.
2025-ci il yanvarın 5-də yayımlanan görüntülər gəminin təxminən 8 aylıq gərgin işdən sonra son mərhələdə olduğunu göstərir.
MİLGEM layihəsinin “İstif” sinfi çərçivəsində ümumilikdə 7 freqatın inşası nəzərdə tutulur. Bu çərçivədə TCG “İzmit”in istehsalı “Anadolu”, “Sefine” və “Sedef” gəmiqayırma zavodlarında həyata keçirilir.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin tutumunun artırılması hədəfi çərçivəsində müxtəlif tip və missiyalarda ümumilikdə 31 döyüş gəmisinin inşası eyni vaxtda davam edir.
Sevinc Əliyeva
Ordu.az