Tayvan ilk HIMARS sistem vahidini işə salıb

2025/01/1736326529.jpg
Oxunub: 501     16:28     08 Yanvar 2025    
Tayvan administrasiyası 11 ədəd Yüksək Hərəkət Qabiliyyətli Artilleriya Raket Sisteminin (HIMARS) ilk partiyasını səssizcə təhvil alaraq yerləşdirib və müdafiə imkanlarında əhəmiyyətli təkmilləşdirməyə nail olub.

Ordu.az xəbər verir ki, ilk HIMARS buraxılış qurğularının gəlməsi Tayvan administrasiyasının Qanunverici Yuanının Xarici Əlaqələr və Milli Müdafiə Komitəsinin üzvlərinin sistemləri yoxlamaq üçün gizli səfəri zamanı təsdiqlənib.

ABŞ ilə əldə edilən və 29 vahiddən ibarət olan silah müqaviləsinin bir hissəsi olan HIMARS sistemləri 2023-cü ilin sonunda təhvil verilib.

Tayvan administrasiyasının Müdafiə Nazirliyi noyabr ayında tədarükü təsdiqləsə də, əməliyyat təfərrüatlarını gizli saxlayıb.

Nazir müavini Po Hunq-hui bildirib ki, sistemlər Tayvan administrasiyasının regionlararası dəstək və qabaqlayıcı zərbə imkanlarını gücləndirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   HIMARS  


Bizi "telegram"da izləyin