Ordu.az xəbər verir ki, İndoneziya HHQ görmə xəttindən kənar mənzilli (BVR) hava döyüşü imkanlarını təkmilləşdirmək üçün PUA-lara sərmayə qoyur.
Aprelin 22-də İndoneziya HHQ-nin 78-ci ildönümü qeyd etmələri zamanı HHQ-nin rəhbəri aviasiya marşalı Məhəmməd Tonni Harcono bəyan edib ki, İndoneziyanın hədəfi Türkiyənin PUA-lardan istifadə edərək, hava döyüşünə rəhbərlik etməyi hədəfləyən, inkişaf edən texno-hərbi konsepsiyasına uyğundur.
“PUA-lar görmə xəttindən kənar və ya uzun mənzilli hava döyüşlərini asanlaşdırmaq üçün peyk texnologiyasından istifadə edəcək”, - deyə o qeyd edib.
Məlumata görə, TUSAŞ “Anka-S”i 2025-ci ilin oktyabr ayına qədər İndoneziyaya təhvil verməyi planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az