Mərakeş “Bayraktar TB2”ləri təhvil alıb, hədəfdə “Akıncı” var

2025/01/1736325530.jpg
Oxunub: 535     15:29     08 Yanvar 2025    
Türkiyənin yerli Pilotsuz Uçuş Aparatı (PUA) istehsalçısı “Baykar” illik qiymətləndirmə hesabatında “Bayraktar TB2” zərbə PUA-sının Mərakeşə tədarük edildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, şirkətin sosial media hesablarında paylaşılan illik qiymətləndirmə hesabatında 2024-cü ilin avqustunda tamamlanan ixrac fəaliyyəti də yer alıb.

Ancaq şirkət tərəfindən Mərakeş ilə müqavilənin məzmunu və çatdırılmanın tam həcmi barədə əlavə məlumat paylaşılmayıb.

Mərakeş Kral Silahlı Qüvvələrinin inventarına daxil olan “Bayraktar TB2” sahədə aktiv şəkildə tətbiq olunmağa başlayıb.

Mərakeş hərbi rəsmiləri “Baykar”ın Mərakeşdəki müdafiə sərgisində stendini ziyarət edərək, şirkətin məhsulları və texnoloji yenilikləri haqqında məlumat alıblar.

Bu səfərdə Kral Silahlı Qüvvələrinin baş müfəttişi, general Məhəmməd Berridin də iştirak etməsi diqqət çəkib.

Hərbi mənbələrə görə, Mərakeşin inventarındakı “Bayraktar TB2” sayının təxminən 20 olduğu təxmin edilir.

Müdafiə sektoru ilə bağlı xəbər və təhlillər təqdim edən “Military Africa”nın məlumatlarına görə, Mərakeşin inventarında ümumilikdə 233 PUA var. Park 160-ı İsrail, 26-sı ABŞ və 20-si Türkiyə istehsalı olmaqla, müxtəlif istehsalçılardan tədarük edilən PUA-lardan ibarətdir.

Bundan əlavə, Mərakeş mətbuatında yer alan xəbərə görə, Mərakeşin 2025-ci il planları arasında “Bayraktar Akıncı” zərbə PUA-sının da tədarükü üçün səylərin olduğu bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mərakeş   Bayraktar-TB2   Akıncı  


Bizi "telegram"da izləyin