Rumıniya əlavə “Patriot” sistemlərinin tədarükü üçün “Raytheon” ilə razılığa gəlib

2025/01/1736325274.jpg
Oxunub: 400     12:29     10 Yanvar 2025    
Rumıniya əlavə “Patriot” hava və raketdən müdafiə sistemlərinin tədarükü üçün “Raytheon” ilə 946 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu sifariş Rumıniyanın “Patriot” sistemi üçün üçüncü sifarişidir.

“Patriot”lar Almaniyanın rəhbərlik etdiyi Hava Hücumundan Müdafiə üzrə Təcili Fəaliyyət (IAAD) Layihəsi çərçivəsində Ukraynaya təhvil verilən avadanlıqların yerini doldurmaq üçün tədarük edilir.

Bu layihə müasir hava hücumundan müdafiə sistemlərinin Kiyevə təcili çatdırılmasını və maliyyənin Qərb koalisiyası tərəfindən bölüşdürülməsini hədəfləyir.

“Raytheon”un yeni müqavilə ilə təhvil verəcəyi sistemlərə radarlar, idarəetmə stansiyaları və raketlərdən ibarət atış bölmələri daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Patriot  


Bizi "telegram"da izləyin