Ordu.az xəbər verir ki, bu çərçivədə “Türkiye Nükleer Enerji AŞ” (TÜNAŞ) tərəfindən koordinasiya edilən proqramla türkiyəli tələbələr Çinin “Harbin” Mühəndislik Universitetində doktorantura və magistratura, “Tsinghua” Universitetində isə magistratura təhsili alacaqlar.
2025-2026-cı tədris ilində başlayacaq proqram tamamilə ingilis dilində aparılacaq.
Proqram çərçivəsində “Harbin” Mühəndislik Universitetində magistratura təhsili kurs işi, təcrübə və tezis prosesləri də daxil olmaqla 3 il, doktorantura təhsili isə 4 il davam edəcək. “Tsinghua” Universitetində isə magistratura proqramı 2 il ərzində tamamlanacaq.
Proqram çərçivəsində tələbələrin xərcləri Türkiyə və Çin tərəfindən qarşılanacaq.
Sevinc Əliyeva
Ordu.az