Ordu.az xəbər verir ki, beləliklə, “Link-11” fəaliyyətlərinin effektivliyini artırmaq üçün istifadə edilən köhnə nəsil radiostansiyalar və rabitə infrastrukturu ASELSAN texnologiyası ilə yenilənib.
Mövzu ilə bağlı ASELSAN-ın etdiyi paylaşımda aşağıdakı ifadələr yer alıb:
“ASELSAN “ARTCom” 9671 HF və “ARTCom” 9671 V/UHF radiostansiyaları ilk dəfə olaraq NATO Gəmi-Sahil-Gəmi Rabitə Sisteminə inteqrasiya edilərək, sahədə istifadə olunmağa başlayıb. Bu çərçivədə “Link-11” fəaliyyətlərinin effektivliyini artırmaq üçün istifadə edilən köhnə nəsil radiostansiyalar və rabitə infrastrukturu ən müasir yerli və milli radiostansiyalarla yeniləndi”.
Sevinc Əliyeva
Ordu.az