IDEF 2025-ci ilə damğa vuracaq və müdafiə sənayesinin ürəyi Türkiyədə döyünəcək

2025/01/1736324267.jpg
Oxunub: 680     15:02     09 Yanvar 2025    
Müdafiə və təhlükəsizlik sahəsində dünyanın ən mühüm görüş nöqtələrindən birinə çevrilən IDEF 2025 yeni konsepsiyası, yeni sərgi sahəsi və zəngin tədbir proqramı ilə bu il sektora yeni nəfəs gətirməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, sektor nəhənglərinin görüşdüyü tədbir açılış mərasimi, hava şouları, ikitərəfli görüşlər, panellər və interaktiv təcrübə sahələri ilə iştirakçılara unikal təcrübə təqdim edəcək.

Dünyanın hər yerindən hökumət rəsmiləri, sənaye liderləri və ekspertlər yeni sərgi ərazisində ən son texnoloji inkişafları yaxından araşdırmaq və strateji əməkdaşlıqları inkişaf etdirmək imkanı əldə edəcəklər.

Qlobal müdafiə sənayesi şirkətləri Türkiyənin və dünyanın müdafiə sənayesi məhsullarının sərgilənəcəyi IDEF 2025-də öz məhsullarını və həll yollarını son istifadəçilərə təqdim edəcək, müdafiə ekosistemini formalaşdıran şirkətlər və innovativ ideyalar eyni dam altında bir araya gələcək.

IDEF 2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi 2025-ci il iyulun 22-27-də İstanbulda öz iştirakçıları və ziyarətçiləri ilə görüşəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: IDEF-2025   Türkiyə  


Bizi "telegram"da izləyin