Ordu.az xəbər verir ki, bu barədə Türkiyə MSK məlumat yayıb.
“Müdafiə Sənayesi Akademiyasındakı sektor mütəxəssisləri üçün təlim proqramları çərçivəsində Sistem Mühəndisliyi Məktəbi fəaliyyətə başlayıb”, - deyə Türkiyə MSK-nin açıqlamasında qeyd olunub.
Bildirilib ki, Sistem Mühəndisliyi Məktəbi çərçivəsində həm nəzəri, həm də praktiki tətbiqləri ehtiva edən təlim məzmunları sektorda təcrübə qazanmış təcrübəli kadrlar tərəfindən yaradılacaq. Məqsəd sistem mühəndisliyinin həyat dövrü keyfiyyətinin başa düşülməsi və sistem inkişaf etdirmə proseslərini anlamaq olacaq.
Sevinc Əliyeva
Ordu.az