“Teknopark İstanbul”da ISIF-24 Mükafatlandırma Mərasimi keçirilib

2025/01/1736324103.jpg
Oxunub: 650     12:13     09 Yanvar 2025    
Türkiyənin dərin texnologiya mərkəzi olan “Teknopark İstanbul”da ISIF-24 Beynəlxalq İxtira Sərgisi Mükafatlandırma Mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məsələ ilə bağlı “Teknopark İstanbul”dan verilən açıqlamada qeyd olunub:

“ISIF24 Beynəlxalq İxtira Sərgisi Mükafatlandırma Mərasimi proqramımızı keçirdik və ISIF24-də mükafat alan patent holdinq şirkətlərimizin dəyərli layihələrini dinlədik. Tədbir Türkiyə Patent və Ticarət Nişanı İdarəsinin rəhbəri Muhammed Zeki Durak və proqrama qatılaraq, bizi şərəfləndirən Baş direktorumuz Abdurrahman Akyolun açılış nitqləri ilə başladı və mükafat alan 10 şirkətimizə plaketlər təqdim olundu. Proqramın sonunda Baş direktorumuz Abdurrahman Akyol Türkiyə Patent və Ticarət Nişanı İdarəsinin rəhbəri Muhammed Zeki Duraka “Teknopark İstanbul” plaketini təqdim etdi”.

Mükafat qazanan “Teknopark İstanbul” şirkətləri bunlardır:

1. “DeltaV Uzay Teknolojileri”
2. “Bio-T Biyoteknoloji”
3. “Iwrobotx Yazılım”
4. “Pons Teknoloji”
5. “Texinsight Teknoloji”
6. “Nanosilver Kimya”
7. “Altınay Savunma Teknolojileri”
8. “Yonga Teknoloji Mikroelektronik”
9. “Quark Optical Yüksek Teknoloji”
10. “Alloya Teknoloji Bilişim”

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Teknopark-İstanbul  


Bizi "telegram"da izləyin