Ordu.az xəbər verir ki, bu barədə “Altınay Savunma Teknolojileri” Baş direktoru Burak Mercan verdiyi açıqlamada bildirib.
O, PUA-larla bağlı innovativ məhsul və texnologiyaların inkişaf etdirilməsi üzərində işlərə ağıllı batareya sistemlərindəki müsbət irəliləyişlərlə eyni vaxtda 2011-ci ildə başladıqlarını deyib.
Mercan ASELSAN ilə əməliyyat imkanlarını artıracaq və sahədə strateji üstünlüklər təmin edəcək məhsullar üzərində uğurlu iş apardıqlarını qeyd edib.
O, “Altınay Savunma Grubu” olaraq, şaquli qalxma və enmə qabiliyyətinə malik kvadrokopter tipli PUA-ları ayrı bir iş xətti olaraq gördüklərini və 2019-cu ildə DASAL-ı 100 faiz “Altınay” törəmə şirkəti olaraq qurduqlarını bildirib.
Mercan ASELSAN-ın 2020-ci ilin ikinci yarısında DASAL-da 40 faiz ortaq olduğunu, daha sonra payını 49 faizə çatdırdığını vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az