Ordu.az xəbər verir ki, kvant hesablaması, xidmət yönümlü PUA sistemləri (DaaS) və qurum xidməti olaraq müəssisə proqram təminatı (SaaS) həlləri üzrə ixtisaslaşan texnologiya şirkəti “ZenaTech” Türkiyədə BVLOS PUA sınaq obyektinin açılması üçün kampus müqaviləsi imzaladığını açıqlayıb.
Yeni obyektdə şirkətin törəmə şirkəti olan “ZenaDrone”un “ZenaDrone 1000” model PUA-larının ABŞ müdafiə birlikləri və NATO üçün məhsul sınaqları aparılacaq.
Obyektin 2025-ci ilin birinci rübündə tam istifadəyə verilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az