Ordu.az xəbər verir ki, “Elbit Systems” adı açıqlanmayan NATO üzvü bir Avropa ölkəsinə təxminən 60 milyon dollar dəyərində Pilotsuz Uçuş Aparatlarına Qarşı Çoxtəbəqəli Müdafiə Sistemi (C-UAS) tədarük edəcək.
Şirkət bu müqavilə çərçivəsində növbəti 3 il ərzində sistem tədarüklərini başa çatdıracaq.
“Elbit Systems” bu müqavilə çərçivəsində “ReDrone” Modulyar C-UAS Həllini təmin edəcək.
Bu həllə şirkətin qabaqcıl “DAiR” radar sistemi, SIGINT (Siqnal Kəşfiyyatı) sensorları, radioelektron mübarizə əks-tədbirləri və gündüz/gecə istifadəsi üçün uyğun elektro-optik faydalı yüklər daxildir.
“ReDrone” inteqrasiya olunmuş hava vəziyyəti rəsmi təqdim edir, yüksək tutumlu radioelektron hücum imkanları ilə seçilir.
Sevinc Əliyeva
Ordu.az