Ordu.az xəbər verir ki, Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Ərdoğan müdafiə sənayesi layihələri ilə bağlı açıqlamalar verib.
O, müdafiə sənayesi istiqamətində atdıqları addımları davamlı olaraq irəli apardıqlarını bildirib, 2002-ci ildən etibarən bu sahədə görülən işlər haqqında məlumat verib.
Müdafiə sənayesində 2022-ci ildə cəmi 56 olan şirkət sayının bu gün 3500-ü keçdiyinə, müdafiə layihələrinin sayının son 22 ildə 62 faizdən 80 faizə yerlilik göstəricisi ilə 1132-yə yüksəldiyinə diqqət çəkən Ərdoğan bu layihələrin həcminin də 100 milyard dolları keçdiyini vurğulayıb.
O, sektorun dövriyyəsinin 2023-cü ildə 1,1 milyard dollardan 15,5 milyard dollara yüksəldiyini bildirib.
“Pilotsuz Uçuş Aparatı (PUA), zərbə PUA-sı, radioelektron mübarizə və döyüş gəmisi istehsalında dünyanın qabaqcıl ölkələri arasındayıq. 2002-ci ildə 248 milyon dollar olan ixracatımız 2024-cü ildə əvvəlki ilə nisbətən 29 faizlik artımla 7 milyard 154 milyon dollara çatdı. 2024-cü il hədəfimiz olan 64,5 milyard dolları 11 faiz üstələməklə, yeni rekord qırdıq”, - deyə Türkiyə prezidenti əlavə edib.
Sevinc Əliyeva
Ordu.az