Tartusu tərk edən Rusiya gəmiləri Portuqaliya sularında görüntülənib

2025/01/1736320675.jpg
Oxunub: 554     21:16     08 Yanvar 2025    
Tartus dəniz bazasını tərk edən Rusiya gəmiləri Portuqaliya sularında görüntülənib.

Ordu.az xəbər verir ki, dekabrın 8-dən sonra Rusiya Hərbi Dəniz Qüvvələrinin Baltik Donanmasının “Alexander Shabalin” desant gəmisi Rusiyanın istifadə etdiyi Suriyadakı Tartus dəniz bazasına gəlib.

Sözügedən gəmiyə bölgədəki elementləri təxliyə etmək tapşırılıb.

Dekabrın sonunda qeydə alınan görüntülərdə “Ropucha” sinfinə məxsus “Alexander Shabalin” desant gəmisinin Tartusda lövbər saldığı görünüb.

Gəmi dekabrın 10-da Baltik dənizindən Şimal dənizinə keçərkən görüntülənib. Son olaraq NATO elementləri “Alexander Shabalin”in Portuqaliya yaxınlığında Rusiyaya məxsus sualtı qayıqla birlikdə Şimal dənizinə doğru keçməsini görüntüləyib.

Məlumata görə, gəmi və onu müşayiət edən sualtı qayıq yanvarın 2-də səhər tezdən Suriyanı tərk edib. Son hadisələr fonunda Rusiyanın Aralıq dənizində sualtı qayığının olmadığı da iddia edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Portuqaliya  


Bizi "telegram"da izləyin