Türkiyə Silahlı Qüvvələrinin REM parkının yeni üzvü: 40 illik təcrübənin məhsulu ASELSAN PUHU-3LT

2025/01/1736319919.jpg
Oxunub: 1589     11:43     15 Yanvar 2025    
Radioelektron Mübarizə (REM) sistemləri indi hərbi əməliyyatların əvəzsiz elementidir.

Ordu.az xəbər verir ki, bir çox REM sistemlərindən hava, dəniz və quru platformalarından sahədəki personala qədər geniş çeşiddə istifadə olunur.

ASELSAN Türkiyə Silahlı Qüvvələrinə REM sistemlərini tədarük etməyə davam edir. Son olaraq həftə ərzində Türkiyə Quru Qoşunları Komandanlığına PUHU-3LT sisteminin yeni tədarükləri həyata keçirilib.

PUHU-3LT avtomobildə quraşdırılmış V/UHF diapazonlu radioelektron dəstək sistemidir. Sistem hədəf rabitəsini aşkar etmək və izləmək, siqnalların istiqamətini tapmaq, onların yerini müəyyən etmək, siqnalı dinləmək və təhlil etmək imkanlarına malikdir.

VHF və UHF hədəf sistemin işlədiyi radiotezlik diapazonlarını göstərir. “Very High Frequency”nin qısaltması olan VHF çox yüksək diapazon mənasını verir, “Ultra High Frequency”nin qısaltması olan UHF isə daha yüksək diapazonu ifadə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN  


Bizi "telegram"da izləyin