Kubada sursat anbarında partlayışlar baş verib, 13 hərbçi itkin düşüb

2025/01/1736319455.jpg
Oxunub: 447     10:52     08 Yanvar 2025    
Kubada silah-sursat anbarında partlayışlar baş verib, 13 hərbçi itkin düşmüş hesab olunur.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kubanın İnqilabi Silahlı Qüvvələr Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənub-şərqində yerləşən Olgin əyalətində baş verib.

"Olgin əyalətinin Rafael Freire bələdiyyəsində silah-sursat anbarında baş verən partlayışlar nəticəsində hərbçilər itkin düşüb", - məlumatda qeyd olunub.

Nazirlik baş verənlərin səbəblərini, eləcə də yaralananların və ya ölənlərin sayını açıqlamayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuba   Partlayış  


Bizi "telegram"da izləyin