Ordu.az xəbər verir ki, Tayvan administrasiyasının Müdafiə Nazirliyi yeni “Yun Feng 2” hipersəs qanadlı raketinin kütləvi istehsalının 2024-cü il dekabrın 27-də başladığını rəsmən açıqlayıb.
Tayvan administrasiyasının Müdafiə Nazirliyinin Araşdırma və İnkişaf Etdirmə İnstitutu tərəfindən inkişaf etdirilən raketin yaxın vaxtlarda ordunun xidmətinə daxil olacağı gözlənilir.
Sistem manevr qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq və döyüşdə əməliyyat imkanlarını qoruyub saxlayacaq mobil buraxılış qurğularından istifadə üçün nəzərdə tutulub.
Sevinc Əliyeva
Ordu.az