Cənubi Koreya FA-50 təyyarələrində SZ pilotunu sınaqdan keçirəcək

2025/01/1736316821.jpg
Oxunub: 437     15:02     10 Yanvar 2025    
Cənubi Koreyanın aviasiya nəhəngi “Korea Aerospace Industries” (KAI) gələcəkdə pilotsuz uçuş aparatlarının inkişafı istiqamətində bir addım olaraq öz FA-50 döyüş təyyarəsində Süni Zəka (SZ) pilotunu sınaqdan keçirməyə başlayır.

Ordu.az xəbər verir ki, “K-AI Pilot” kimi tanınan SZ təşəbbüsü 2026-cı ilə qədər avtonom uçuş imkanlarını araşdırmaq üçün FA-50 yüngül döyüş təyyarəsindən istifadə etməyi hədəfləyir.

Məlumata görə, bu tarixdən sonra diqqət “yarımavtonom” formasiya uçuşlarına və döyüş manevrlərinə keçəcək.

Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına görə, layihənin bu mərhələsinin 2028-ci ilin noyabrına kimi fəaliyyətə keçməsi gözlənilir.

“K-AI Pilot” SZ texnologiyasını Cənubi Koreyanın mövcud döyüş təyyarələri və F-15 kimi ABŞ istehsalı olan potensial təyyarələr də daxil olmaqla, müxtəlif platformalara inteqrasiya etmək üçün daha geniş strategiyanın bir hissəsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   FA-50  


Bizi "telegram"da izləyin