Cənubi Koreya: Şimali Koreya ballistik raket sınaqlarına yenidən başlayıb

2025/01/1736316621.jpg
Oxunub: 514     16:09     08 Yanvar 2025    
Cənubi Koreya ordusu Şimali Koreyanın ballistik raket sınaqlarına qayıtdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Cənubi Koreya ordusu Şimali Koreyanın Yapon dənizi olaraq da bilinən bölgəyə naməlum ballistik raket atdığını açıqlayıb.

Buraxılış ABŞ-nin dövlət katibi Entoni Blinkenin Yaponiyaya getməzdən əvvəl həmkarı və Cənubun prezidenti səlahiyyətlərini icra edən şəxslə görüşü zamanı baş tutub.

Yaponiya Müdafiə Nazirliyi və Yaponiya Sahil Mühafizəsi ayrı-ayrı bəyanatlarda raketin dənizə düşdüyünü açıqlayıb.

Şimali Koreya ötən ilin noyabrından bəri raket sınağı keçirməyib. Cənubi Koreyanın məlumatına görə, bu buraxılış qabaqcıl və güclü bərk yanacaqlı qitələrarası ballistik raketin sınaq atışı olub.

Məlumata görə, Cənubi Koreya da Pxenyanın raket atışına cavab kimi güc nümayişi olaraq dənizə ballistik raket atıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-KoreyaŞimali-Koreya  


Bizi "telegram"da izləyin