Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Tərtibatçıların fikrincə, Çinin Taiyuan əyalətində qurulan silah beş lülə ilə təchiz oluna bilər ki, bu da potensial maksimum atış sürətinin dəqiqədə 2 milyon mərmi təşkil etməsinə imkan verir.
Bildirilir ki, bu qədər yüksək atış sürətinə malik olan pulemyot “Mach 7”ni aşan sürətlə hərəkət edən hipersəs hədəflərini nişan ala və bloklaya biləcək.
Müqayisə üçün qeyd edək ki, ABŞ ordusunun ən qabaqcıl “Phalanx” yaxın mənzilli silah sistemi dəqiqədə cəmi 4500 mərmi atmağa qadirdir.
Sevinc Əliyeva
Ordu.az