Ordu.az xəbər verir ki, Rusiyanın şimalındakı Pomoryenin paytaxtının adını daşıyan “Arkhangelsk” Moskvanın “Sevmash” tərəfindən inşa edilən yeni nüvə sualtı qayığı və “Yasen” sinfində beşinci gəmidir.
Layihə 885M sualtı qayıqları “Yasen” sinifinin təkmilləşdirilmiş variantlarıdır. Onlar “Malakhit” Dəniz Mühəndisliyi Dizayn Bürosu tərəfindən layihələndirilib, Rusiyanın aparıcı gəmi və sualtı qayıq istehsalçısı “Sevmash” tərəfindən inşa edilib.
Ölkənin HDQ-sinin baş komandanı, admiral Aleksandr Moiseyev “Sevmash”ın inşa etdiyi “Perm”, “Ulyanovsk”, “Voronezh” və “Vladivostok” adlı daha 4 “Yasen-M” sinfinə məxsus sualtı qayığın HDQ-yə qoşulacağını açıqlayıb.
Kreml “Yasen-M” sinfinə məxsus sualtı qayıqların sayını 12-yə çatdırmağı planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az