ABŞ bu həftə Venesuelaya yeni sanksiyalar tətbiq edə bilər

2025/01/1736312289.jpg
Oxunub: 374     09:49     08 Yanvar 2025    
ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası bu həftə Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid mənbələrə istinadən məlumat verib.

“İki ABŞ rəsmisi mənə dedi ki, Bayden administrasiyası bu həftə cümə günü keçiriləcək prezidentin inaqurasiya mərasimi ərəfəsində Venesuelada prezident Nikolas Maduro rejiminə qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Dövlət Departamenti sanksiyaların ilk raundunu çərşənbə günü elan edə bilər”, – jurnalist “X”də yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Venesuela  


Bizi "telegram"da izləyin