İsrail ordusu 7 oktyabr 2023-cü ildəki hücumun bir qrup iştirakçısının məhv edildiyini açıqlayıb

2025/01/1736312222.jpg
Oxunub: 439     08:22     08 Yanvar 2025    
İsrail ordusu 7 oktyabr 2023-cü ildə İsrailə hücumda iştirak edən HƏMAS üzvlərinə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) məlumat yayıb.

“Qəzza zolağının cənubunda Xan Yunisə endirilən zərbələr zamanı İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə 2023-cü il oktyabrın 7-də İsrail ərazisində dinc əhalinin qətliamında iştirak edən terrorçuları məhv edib”, - bəyanatda deyilir.

Əməliyyatın hərbi kəşfiyyat və Şin Bet tərəfindən verilən kəşfiyyat məlumatları əsasında həyata keçirildiyi iddia edilir.

Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin